Finss.az – Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl dövlətimizin başçısı və Türkmənistan Xalq Məsləhətinin sədri birgə foto çəkdirdilər. Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər və regional əməkdaşlıq məsələləri müzakirə edilib.




